Rahid Əmirquliyev ”Xəzər Lənkəran”ın heyətində 100-cü oyununu keçirdi

XƏBƏR 7 Dekabr 2010 / 12:41 1562
-  A +

Rahid Əmirquliyev Unibank Premyer Liqasının XVI turunun “Turan”la səfər oyununda yubileyini qeyd edib. 2006-cı ilin yayında klubumuza transfer olunan yarımmüdafiəçi “Xəzər Lənkəran”ın heyətində 100-cü çempionat oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsüm bütün çempionat qarşılaşmalarının iştirakçısı olan Rahid bu göstəricisi 3 rəqəmlə ifadə olunan 3-cü oyunçu olub.
Qeyd edək ki, Rəşad Abdullayev 115, Alim Qurbanov isə 114 çempionat matçında “Xəzər Lənkəran”ın şərəfini qoruyub.


 

 

Son xəbərlər