Azərbaycan milli komandasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi
- “Anji”nin Rusiya çempionatındakı çıxışı haqda hansı fikirdəsiniz?
- Rusiya Premyer Liqasına vəsiqə qazandıqdan sonra “Anji” bu il ilk mövsümünü keçirdi. Çempionat ağır idi. Qarşımıza isə Premyer Liqada qalmaq vəzifəsi qoyulmuşdu. Onun da ki, Allaha şükür, öhdəsindən gəldik. Düzdür, son turda Nalçik “Spartak”ı ilə oyunumuz çətin keçdi. Biz uduzsaydıq, “Alaniya” ilə “Amkar” isə udsaydı, I diviziona enə bilərdik. Düzdür, belimdəki ağrılar üzündən Nalçikə getməmişdim. Mahaçqalada həkim nəzarətində idim. Uşaqlar sağ olsunlar, son oyunda çıxıb can-başla vuruşdular və qələbə qazanaraq, “Anji”ni Premyer Liqada saxladılar. Yəni, biz bu mövsüm qarşımıza qoyulan tapşırığı yerinə yetirdik. Növbəti mövsüm üçün isə prezidentimiz Maqomedsultan Maqomedovin göstərişi olacaq. Yəqin ki, komandamızın qarşısına 2011-ci ildə orta pillələr üçün oynamaq göstərişi qoyulacaq.
- İlk “10-luğ”a düşmək?
- 10-cu pillədən də yuxarı. Transferlərdən, komandanın oyunundan da çox şey asılıdır. Gedib-gələcək futbolçular hələ bilinmir.
- Hazırda zədəniz sağalıb?
- Məni “Anji”nin “Spartak”la səfər matçına həkimlər buraxmadılar. Onlar mənim Mahaçqalada qalaraq terapiya kursu keçməyimi məqsədəuyğun saydılar. Mən də terapevtin yanında müalicə olundum ki, bir də Azərbaycanda bu işlə məşğul olmayım.
- Mövsümün yekunları ilə bağlı toplantınız oldu?
- Komandamız “Spartak”la oyundan qayıtdığı günün ertəsi banket oldu. Premyer Liqada qalmağımız münasibətilə klub rəhbərliyi hamımızı təbrik etdi. Sonra isə 2011-ci il yanvarın 7-dək kollektiv üzvlərini məzuniyyətə buraxdılar. Təyin olunan vaxtda Mahaçqaladakı bazamızda yığışacağıq. Məhz həmin vaxt “Anji”nin 2011-ci il mövsümünə hazırlıq proqramı müəyyənləşəcək. Baş məşqçimiz Hacı Hacıyev isə kiminlə işləyib-işləməyəcəyini açıqlayacaq. Bir ay ərzində çox şey ola bilər. İndidən heç nə demək olmaz.
- Bu arada komanda yoldaşınız Şamil Burziyev avtomobil qəzası nəticəsində həlak olub...
- Bunu ilk dəfə sizdən eşidirəm. Açığı, gözlənilməz xəbər oldu. Dünənədək mənimlə çiyin-çiyinə oynayan futbolçunun bu gün rəhmətə getməsindən pis oldum. Allah rəhmət eləsin. Düzdür, Şamil Burziyev komandamızın heyətində o qədər də çıxış etməyib. Amma o, həm futbolçu, həm də bir insan kimi normal yoldaş idi. Aramızda heç bir problemimiz yox idi.
- Ümumiyyətlə, Sizin bütün komanda yoldaşlarınızla münasibətləriniz necədir?
- Mənim heç bir futbolçu ilə problemim olmayıb. Hamı ilə normal münasibətdəyəm. Bir-birimizin hörmətini saxlayırıq.
- Gələcək karyeranızla bağlı müxtəlif söz-söhbətlər var. Bunlara aydınlıq gətirərdiniz...
- “Anji” ilə hələ 2 il müqaviləm var. Hələ ki, bu klubda qalmaq fikrindəyəm.
- Məşqçilər heyətinin Sizə münasibəti necədir?
- Klubumuzda yalnız məşqçi Andrey Qusinlə problemim var. Qusinlə münasibətlərimiz yoxdur. Fikirlərimiz üst-üstə düşmür. Amma baş məşqçi Hacı Hacıyevlə problemim yoxdur. Hər şey normaldır.
- Qusin Sizi başqa mövqedə oynatmaq istəyir?
- Yəqin ki...
- Onun Ukraynanın Kiyev “Dinamo”suna keçə biləcəyi haqda xəbərlər dolaşır...
- Bunları mən də eşitmişəm. Getsə, mənə elə gəlir ki, uşaqlar üçün yaxşı olar.
- Qusinin digər futbolçularla da münasibətləri yaxşı deyil?
- Bəli. Təkcə mənimlə yox, komanda yoldaşlarımın çoxu ilə problemləri var. Uşaqlar ondan bir məşqçi kimi narazılıq edirlər.
- O getsə, “Anji”də qalacaqsınız?
- Bunu deyə bilmərəm. Hazırda klubla müqaviləm var. Heç yana getmirəm.
- Futbolçularla Qusin arasındakı narazılıqdan baş məşqçinin xəbəri var?
- Bəli. Məndən əvvəl onu bir futbolçu bu haqda məlumatlandırıb. Hacıyev məni çağırıb soruşdu ki, niyə bunu vaxtında deməmisən? “Mən sözgəzdirən deyiləm. Fikirləşdim ki, yəqin, özünüzün xəbəriniz var” cavabını verdim.
- Bəs aldığınız təkliflərlə bağlı hansı fikirdəsiniz? Nalçik “Spartak”ından təklif aldığınız doğrudur?
- Açığı, təkliflər var. Amma haradan aldığımı açıqlamayacağam. Digər tərəfdən, heç kim gəlib klubumuza müraciət etməyib. Klubların çoxunda hələ növbəti mövsüm üçün transfer büdcəsi açıqlanmayıb. “Anji” rəhbərliyi hansı qərarı versə, ona əməl edəcəyəm. Təklif aldığım klubun adını yalnız “Anji”dən ayrılandan sonra açıqlaya bilərəm.
- “Anji”də maliyyə problemləri haqda da yazılır. Əmək haqqı ala bilmədiyiniz doğrudur?
- Klubumuzda maliyyə problemi yoxdur. Hər şey normaldır. Düzdür, son iki ayın əmək haqqını ala bilməmişik. Amma klub prezidentimizin özü də problemimizi yoluna qoymağa çalışır. Söz veriblər ki, dekabrın ortalarınadək hər kəsin əmək haqqını öz hesablarına keçirəcəklər (lent.az).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı