Rednik üçün ilk yubiley

Rednik üçün ilk yubiley
XƏBƏR 7 Dekabr 2010 / 11:50 2166
-  A +

Unibank Premyer Liqasının XVI turunun “Turan”la oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün əlamətdar olub. Komandanın rumıniyalı çalışdırıcısı bu vəzifidə 10-cu qələbəyə sevinib. Ölkəmizə gəldiyi gündən futbolçularını 16 matça çıxaran mütəxəssis buna nail olan 3-cü baş məşqçi olub. “Xəzər Lənkəran”ın “sükanı arxasında” yalnız 2 məşqçi - Ağasəlim Mircavadov və Rasim Kara qələbə sayında iki rəqəmli ədədə qədər irəliləməyə nail olmuşdu.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində yalnız 9 legioner məşqçi Premyer Liqamızda 10 qələbə səddini aşmışdı. Rednik bu siyahıya daxil olan 10-cu məşqçi oldu.

Mənbə: http://lankaranfc.com 

Son xəbərlər