“Zaqatalanın “Simurq” klubuna məğlubiyyətdən sonra “Bakı” daxilində toplantının keçiriləcəyi haqda xəbərlər boş söhbətlərdir. Biz hər şeyi baş məşqçimiz Vinfrid Şeferin öhdəsinə buraxmışıq. Qoy özü papağını qabağına qoyub fikirləşsin”. Bu fikirləri “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Məmmədov klubun qeyri-sabit çıxışı ilə əlaqədar özünə yer tapa bilmədiyini etiraf etsə də, bütün səlahiyyətlərin baş məşqçi Vinfrid Şeferin üzərinə düşdüyünü vurğulayıb: “Komandamızın çıxışı şəxsən mənə pis təsir edir. Özümə yer tapa bilmirəm. Ürəyim partlayır. Amma biz rəhbərlik olaraq, Şeferin işinə qarışmırıq. Futbolçulara göstəriş vermişik ki, baş məşqçiyə görə kim oynamaq istəməsə, ciddi cəzalanacaq. Şefer də hansı futbolçunun cəzalandırılmasını istəsə, müvafiq tədbir görəcəyik”.
Məmmədov hazırda Unibank Premyer Liqasında fasilənin yaranmasını gözlədiklərini əlavə edib. O bildirib ki, komandanın mövsümün ilk yarısındakı çıxışını “Bakı”nın prezidenti Hafiz Məmmədov qiymət verəcək: “Hafiz müəllim nə qərar versə, onu yerinə yetirəcəyik”.
Qeyd edək ki, “Bakı” klubu Unibank Premyer Liqasının XVI turunda öz meydançasında autsayderlərdən olan “Simurq”a yenilib – 0:1. Bu, baş məşqçi Vinfrid Şeferin komandasının cari çempionatda 6-cı məğlubiyyəti olub. Hazırda “Bakı” 16 oyundan 22 xalla 7-ci pillədə qərarlaşıb (lent.az).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər