Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov "Neftçi"nin klubunun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Raqif müəllim, uzun müddətdir idman aləmində olan şəxs kimi Azərbaycan idman klublarının və cəmiyyətlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Səmimi olaraq bildirim ki, mən heç də vəzifəmdən irəli gələn məsələlərə görə deyil, həm də sırf azarkeş kimi idman klublarının, cəmiyyətlərinin, mərkəzlərinin fəaliyyətini yaxından izləyirəm. Bu qurumlar arasında "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. 2000-ci il Sidney, 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında məhz "Neftçi" İSM ən çox idmançı ilə təmsil olunub. Hazırda ölkəmizdəki olimpiya çempionları, mükafatçıları, dünya və Avropa çempionları demək olar, hamısı "Neftçi" İSM-in yetirməsidir. Mərkəzin bu uğurlarında rəhbərliyin böyük əməyi var. "Neftçi" İSM-in icraçı direktoru Sadıq Sadıqov idmançıların nüfuzlu turnirlərdə ölkəmizi layiqincə təmsil etməsi üçün bütün şəraiti yaradıb. Çünki Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin də üzvü olan Sadıq Sadıqov idmanı dərindən bilir, yüksək idarəçilik bacarığı ilə seçilir. İnanıram ki, idman təşkilatları arasında özünəməxsus yer tutan "Neftçi" İSM bundan sonra daha böyük uğurlar qazanacaq.
- Paytaxtda təşkil olunan idman yarışlarda "Neftçi" İSM-in idmançılarının çıxışı barədə nə deyə bilərsiniz?
- Hər il Bakıda olimpiya və qeyri-olimpiya növləri üzrə müxtəlif yaş qrupları üzrə maraqlı çempionat və birincilikləri keçirilir. Qeyd etmək lazımdır ki, "Neftçi" İSM paytaxt yarışlarında da çox fəaldır. Bu çempionat və birinciliklərə qatılan idmançıların əksəriyyəti "Neftçi" İSM-in üzvləridir. Paytaxt yarışlarında fərqlənən idmançıların qarşısında perspektiv açılır, onlar milli komandalara cəlb olunurlar. Hesab edirəm ki, yeniyetmə və gənclərin təcrübə qazanmaları, potensiallarını göstərmələri baxımından Bakı çempionat və birincilikləri çox vacibdir.
- Digər idman növləri ilə yanaşı, futboldan da danışmaq yerinə düşər. Bildiyiniz kimi, Unibank Premyer Liqasının vahid lideri "Neftçi" komandasıdır. Lakin son vaxtlar bəzi mətbu orqanlarında klubumuz barəsində yanlış rəy formalaşdırılır, əsassız məqalələr dərc olunur. Buna münasibətiniz necədir?
- Həqiqətən də "Neftçi" ölkəmizin ən sanballı, ən köklü komandasıdır. Azərbaycanın ən yaxşı məşqçi və futbolçuları - Anatoli Banişevski, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Vəli Qasımov və başqaları bu klubun yetirmələridir. "Neftçi" xalqın sevimli komandasıdır, futbolumuzun flaqmanıdır. Sadıq Sadıqov kluba prezident gəldikdən sonra "Neftçi" PFK yenidən qurulmağa başlayıb. Komanda əvvəlki ruhunu, şöhrətini qaytarmaqdadır. Şəxsən mən özüm də "Neftçi"nin azarkeşiyəm, stadiona gedib, flaqmanın oyunlarını canlı izləyirəm. Son vaxtlar bu klubun ünvanına səsləndirilən ittihamlar və subyektiv fikirlər yersizdir. Müxtəlif qüvvələr tərəfindən "Neftçi" PFK haqqında yanlış rəy formalaşdırılmasını kəskin pisləyirəm. Biz hamımız "Neftçi"ni, flaqmanımızı sevməliyik. Çünki Azərbaycan futbolunun bütün tarixi "Neftçi" futbol klubu ilə bağlıdır. Həm SSRİ dövründə, həm də müstəqilliyimizi bərpa etdikdən sonra əsasən bu klub bizə qələbə sevincləri bəxş edib, bir qayda olaraq, qitə miqyaslı turnirlərdə uğurla çıxış edib. Buna görə də "Neftçi"yə dəstəyimizi davam etdirməliyik.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər