Rüştü Rəncbər futboldan gedir

XƏBƏR 6 Dekabr 2010 / 19:33 1767
-  A +

Türk futbolunun məşhur siması və uzun müddət milli komandanın şərəfini qoruyan Rüştü Rəncbər futbolla vidalaşacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda "Beşiktaş"ın şərəfini qoruyan 37 yaşlı qapıçı zədəli olduğu üçün meydana çıxmır. Klubun mətbuat xidmətinin rəhbəri Mete Dürenin mətbuata verdiyi açıqlamada Rüştünün dizində olan zədənin sağalmadığını bildirərək məcburi olaraq onun futbolla vidalaşacağını söyləyib.
Xatırladaq ki, Rüştü 1994-cü ildən 2009-cu ilə qədər türk millisinin şərəfini qoruyub. 2007-ci ildən isə "Beşiktaş"ın heyətində çıxış edir.


Son xəbərlər