Ştefan Effenberq: «Səhrada futbol kimə maraqlı olacaq?»

XƏBƏR 6 Dekabr 2010 / 19:29 1997
-  A +

Almaniya millisinin və «Bavariya»nın keçmiş yarımmüdafiəçisi Ştefan Effenberq FİFA İcraiyyə Komitəsinin dünya çempionatı - 2022-nin ev sahibliyinin Qətərə verilməsini tənqid edib. Qol.Az-ın xəbərinə görə, «Bild» qəzetinə müsahibədə o deyib ki, bu Yaxın Şərq ölkəsinin adı futbol bayramı ilə heç cürə assosiasiya olmur. "Tam əminəm ki, FİFA-nın bu qərarı böyük səhv və faciədir. Axı, səhralıqda futbol kimə maraqlı olacaq? Belə turnirlər zəngin futbol ənənələri olan ölkələrdə keçirilməlidir. Qətər isə bu dediklərimə uyğun gəlmir» - deyə o vurğulayıb.

Son xəbərlər