FIFA "Qızıl top" mükafatına namizəd oyunçuların adlarını açıqladı

FIFA "Qızıl top" mükafatına namizəd oyunçuların adlarını açıqladı
XƏBƏR 6 Dekabr 2010 / 17:54 1928
-  A +


2010-cu ildə ən yaxşı futbolçuya veriləcək “Qızıl top” mükafatını İspaniyanın “Barselona” klubunun oyunçuları Andres İnyesta, Lionel Messi və ya Xavi alacaq. Qol.Az-ın məlumatına görə, üç oyunçunun adı dekabrın 6-da Fransanın paytaxtı Parisdə keçirilən və FİFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanan mətbuat konfransında açıqlanıb.“Qızıl top”un sahibi yanvarın 10-da İsveçrənin Sürix şəhərində təşkil olunacaq təntənəli mərasimdə aşkarlanacaq. Bu mükafatı 2010-cu ildən etibarən FİFA və həftəlik “France Football” nəşrləri təqdim edir. Oktyabrın sonlarında dünya futbolunda baş fərdi mükafata 23 namizədin adı açıqlanıb. İlin ən yaxşı oyunçusu yığmaların kapitanları və baş məşqçiləri, habelə jurnalistlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşir. “La Gazzetta dello Srort” nəşri dekabrın 5-də “Qızıl top”u Andres İnyestanın alacağını yazıb. Qəzet ən yaxşı futbolçu adına 3 namizədi düzgün göstərib.
Qeyd edək ki, Andres İnyesta, Lionel Messi və Xavi 2010-cu ildə “Barselona”nın heyətində İspaniya çempionatının və Superkubokunun qalibi olublar. İnyesta və Xavi İspaniya yığmasının heyətində dünya çempionu olublar. Finalda İnyesta Hollandiyanın qarısından qələbə torunu keçirib. Messi isə dünya çempionatında Argentina millisinin heyətində ¼ finaladək irəliləyib.

Son xəbərlər