Rövnəq Abdullayev və Sadıq Sadıqov Türkiyədə mükafata layiq görülüb

XƏBƏR 6 Dekabr 2010 / 15:15 1754
-  A +

Dekabrın 20-də İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimi keçiriləcək. “Neftçi” klubundan Qol.Az-a verilən məlumata görə, tədbirdə Türkiyə Olimpiya Komitəsinin prezidenti Toqay Boyatlı, bu ölkənin futbol federasiyasının prezidenti Mahmud Özgənər, qardaş ölkənin tanınmış futbol mütəxəsissləri – Fatih Terim, Mustafa Dənizli, Ömer Üründül, UEFA-nın vitse-prezidenti Şenes Erzik, Avropa Klublar Assosiasiyasının prezidenti Karl-Haynts Rummenige, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və idman naziri Nazim Çavuşoğlu, tanınmış futbol adamları – almaniyalı Klaus Topmöller, rumıniyalı Mirça Luçesku, gürcüstanlı Timuri Ketsbaya iştirak edəcəklər. "I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"nə Türkiyə, Yunanıstan, Rumıniya, Almaniya, Gürcüstan və digər ölkələrin klub rəhbərləri, məşqçilər də qatılacaqlar. AFFA prezidenti Rövnəq Abdullayev və "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov da beynəlxalq tədbirdə iştirak etmək üçün Türkiyəyə dəvət olunublar.
"Spor Ajans" informasiya agentliyinin qərarına əsasən, Rövnəq Abdullayev "Şərəf mükafatı"na layiq görülüb. "Spor Ajans" informasiya agentliyinin web saytında AFFA prezidentinin vəzifəyə gəldiyi gündən bu yana ölkə futbolunun səviyyəsini yüksəltdiyi, xüsusilə Türkiyə-Azərbaycan qardaş ölkə siyasəti çərçivəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Məlumatda bildirilir ki, "Neftçi" klubunun rəhbəri yeni qurulan komandanın Avropada ən çox müzakirə olunan klublarından biri olmasında böyük pay sahibidir.

Son xəbərlər