«Bakı» rəhbərliyi Şefer və futbolçularla görüşəcək

XƏBƏR 6 Dekabr 2010 / 11:55 1712
-  A +

«Bakı» klubunun rəhğərliyi baş məşqçisi Vinfrid Şeferin istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Qol.Az-ın müxbiri ilə söhbətində klubun icraçı direktoru Yaşar Seyidov bildirib ki, hazırda Şeferin istefası gündəmdə deyil.
Qeyd edək ki, dünən autsayder «Simurq»la oyunda «Bakı» gözlənilmədən məğlubiyyətə uğrayıb. Bu, paytaxt təmsilçisinin Şeferin rəhbərliyi altında cari çempionatdakı altıncı yenilgisidir.
Bu uğursuluqdan sonra bəzi KİV-lərdə Şeferin istefaya göndəriləcəyi xəbəri yayılıb.
Qol.Az saytına məlum olub ki, bu gün səhər Şefer komandasını məşqə çıxarıb. Günün ikinci yarısında isə klubun vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədovun baş məşqçi və futbolçularla görüşü gözlənilir. Görüşdə «Bakı»nın dünənki məğlubiyyətinin səbəbi araşdırılacaq. Lakin baş məşqçinin istefası məsələsi hələlik müzakirə olunmur.

Son xəbərlər