"Onlar çəkilən zəhmətin qarşılığını vermirlərsə, yola davam etməyə nə lüzum var?!

"Onlar çəkilən zəhmətin qarşılığını vermirlərsə, yola davam etməyə nə lüzum var?!
XƏBƏR 6 Dekabr 2010 / 10:49 1959
-  A +

"Simurq"la oyunda məğlubiyyətə uğrayan "Bakı"da rəhbərlik bərk qəzəblənib. Paytaxt klubunun vitse-prezidenti Zeynal Məmmədov təcili toplantı keçiriləcəyini deyib: "Bilirsiniz ki, komandamız həmişə iddialı olub və çempionluq uğrunda mübarizə aparıb. Ancaq futbolçularımız "Simurq"a qarşı da bərbad oynadılar. Bununla bağlı ciddi söhbət olacaq".
"Bakı" rəsmisi baş məşqçi Vinfrid Şeferin istefa məsələsi ilə bağlı bunları deyib: "Bu uğursuzluqda başda baş məqşçi olmaqla futbolçular da günahkardır və hər biri məsuliyyət daşıyır. Fikrimcə, əgər onlar çəkilən zəhmətin qarşılığını vermirlərsə, yola davam etməyə nə lüzum var?! Lakin son qərarı klub prezidenti Hafiz Məmmədov verəcək". 

Mənbə: supersport.az

Son xəbərlər