«Bildiyiniz kimi, bu oyundan əvvəl baş məşqçimiz Coko Haciyevski atasını itirdiyi üçün vətəni Makedoniyaya getmişdi, ona görə də bu qarşılaşmada yox idi. Futbolçular söz vermişdilər ki, məhz Haciyevskinin bu itkisinə görə meydana çıxıb əllərindən gələni edəcəklər ki, məşqçimizə təsəlli verək. Haciyevski həm gözəl insan, həm də yaxşı məşqçidir. Matç bitən kimi, bütün komanda məndən xahiş etdi ki, bunları mətbuat konfransında söyləyim». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı»yla oyundan sonra keçirilən mətbuat konfransında «Simurq»un məşqçisi Böyükağa Ağayev deyib.
Unibank Premyer Liqasının 16-cı turunun bu gün keçirilən «Bakı» - «Simurq» oyununda autsayder Zaqatala təmsilçisi sensasiyalı şəkildə 1:0 hesabı ilə qələbə qazanıb.
«Biz AZAL və «Qarabağ»la görüşlərdə də yaxşı oynadıq. Amma minimal hesabla məblub olduq. Biz bu uğursuzluq seriyasını nə vaxtsa dayandırmalıydıq. Sevinirəm ki, «Bakı»yla oyunda buna nail ola bildik» - deyə B.Ağayev vurğulayıb.
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi