"Neftçi" Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev son vaxtlar bəzi kütləvi informasiya vasitələrində "Neftçi"yə qarşı olan haqsız çıxışlara və yanlış informasiyalara son qoyulmasını tələb edib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında deyib ki, "Neftçi" futbol klubunun veteranları doğma komandalarına qarşı əsassız ittihamları pisləyirlər: "Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində "Neftçi" haqqında boş-boş, cəfəngiyyat dolu fikirlər səsləndirilir. Bunu söyləyənlər "Neftçi"ni və xalqını istəməyənlərdir. Çünki "Neftçi" xalqın komandasıdır və doğma Azərbaycanımızın ən köklü, adlı-sanlı klubudur. Hazırda bu klubda yeni rəhbərliyin gördüyü işlər göz qabağındadır. Bu komandada əsl peşəkarlar çalışırlar. Sadıq Sadıqov "Neftçi"nin prezidenti olandan sonra komandanın uğurlu çıxışı hamımızı sevindirir. Flaqman xüsusilə bu mövsümkü oyunlarda məzmunlu və hücum futbolu nümayiş etdirir. Heç təsadüfi deyil ki, hazırda "Neftçi" Premyer Liqada həm məhsuldarlığı, həm də etibarlı müdafiəsi ilə lider komandadır. Klub rəhbərliyinin komandanı gənc mütəxəssis Arif Əsədova tapşırması və ona inanması da bizi sevindirməyə bilməz. İnanırıq ki, Araz Abdullayev, Ruslan Abışov, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Amit Quluzadə, Cavid Hüseynov və digər gənc futbolçular tezliklə futbolumuzun yeni-yeni şanlı tarixini yazacaqlar. Son dövrlər "Neftçi"yə qarşı haqsız təzyiqlərin artması biz veteranları narahat edir. Bütün veteranlar "Neftçi"nin futbolçularına oyunlarda bundan sonra da uğurlu nəticələr qazanması üçün heç bir təxribata fikir vermədən sonadək mübarizə aparmalarını tövsiyyə edir. Çünki mətbuatda gedən belə mənasız, populist məqalələri yazanlar futboldan anlayışı olmayanlar və qeyri-peşəkarlardır. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və biz veteranlar doğma komandamızı sonadək dəstəkləyəcəyik".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər