AzTV premyer-liqanın hansı oyunlarını göstərəcək?

XƏBƏR 11 Fevral 2009 / 12:45 2773
-  A +

Azərbaycan premyer-liqasının XIV turunun bir oyununu AzTV canlı yayımlayacaq. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, azarkeşlər bazar günü saat 16.00-dan etibarən "Neftçi" - "Standard" oyununu izləyə biləcəklər. "İdman-Azərbaycan" kanalında isə üç oyun olacaq. Şənbə günü saat 14.00-da "Qarabağ" - "Bakılı" matçı canlı, saat 19.00-da MOİK - "Bakı" oyunu videoyazı şəklində efirə veriləcək. Bazar günü saat 18.00-da "Şəfa" stadionunda keçiriləcək "İnter" - "Olimpik" oyunu "İdman-Azərbaycan" kanalının efirinə bazar ertəsi və ya çərşənbə axşamı gələcək. Buna səbəb telekanalın proqram şəbəkəsinin sıx olması, həmçinin bazar ertəsinə təyin olunmuş profilaktikadır.
 

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır