Mirça Rednik: "Ola bilsin ki, bəxtimiz də gətirdi"

Mirça Rednik: "Ola bilsin ki, bəxtimiz də gətirdi"
XƏBƏR 4 Dekabr 2010 / 19:23 2213
-  A +


Bu gün Premyer Liqanın son turu çərçivəsində "Xəzər Lənkəran" səfərdə Tovuzun Turan klubunu 2:1 hesabı ilə məğlub edib. Qol.Az-ın məlumatına görə, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Qarşımızda nizamla oynayan, sonadək mübarizə aparan komanda var idi. "Turan"a qarşı oynamaq çox çətin idi. İstənilən halda 3 xalı qazandıq, qalib gəldik. "Neftçi"nin burada xal itirdiyini və AZAL komandasının bəxt sayəsində burada qalib gəldiyini də unutmamalıyıq. Ola bilsin ki, bəxt də bu gün bizim tərəfimizdə idi. Komandamı qələbə münasibəti ilə təbrik edirəm".

Son xəbərlər