Bəxtiyar Musayev: Bu mövsüm "Neftçi" gənc yerli futbolçulara üstünlük verir"

Bəxtiyar Musayev: Bu mövsüm "Neftçi" gənc yerli futbolçulara  üstünlük verir"
XƏBƏR 4 Dekabr 2010 / 18:25 2243
-  A +


Neftçi" PFK-nın məşqçisi Bəxtiyar Musayev klubun rəsmi saytına açıqlamasında bildirib: Qol.Az-ın məlumatına görə, Musayev "Neftçi"də çıxış edən gənc futbolçuların perspektivindən danışıb. "Hər şey göz qabağındadır. Bu gün "Neftçi"də oynayan Cavid Hüseynov, Ruslan Abışov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Araz Abdullayev, Amit Quluzadə və digərləri Azərbaycan futbolunun yaxın gələcəkdə uğurlu tarixini yazmağa qadir olan futbolçulardır. Biz məşqçilər korpusu işimizdə də bu amillərə daha çox üstünlük veririk. Biz də başqa klublar kimi daha çox legioneri heyətimizə qatıb, çox sakit tərzdə oyunlarımızı keçirərək, 10 xal fərqi ilə turnir cədvəlinə başçılıq edə bilərik. Amma həqiqət budur ki, "Neftçi" yerli futbolçulara da üstünlük verir. Çox təəssüf ki, "Neftçi"yə qarşı boş-boş, mənasız, cəfəngiyyat dolu fikirlər səsləndirirlər. Amma bu bir faktdır ki, "Neftçi" hal-hazırda hamıdan çox qol vurub, hamıdan az top buraxıb və bu uğurlar da təcrübəli legionerlərlə yanaşı, əsasən gənc futbolçuların hesabına qazanılıb. Yanlış fikirlər səsləndirənlərə isə üzümü tutub deyirəm ki, "Neftçi" düzgün yoldadır və bu yoldan bizi heç kim döndərə bilməz!".

Son xəbərlər