"Flavinyonun ayağını sındırdılar, indi də növbə Bahadırındır"

"Flavinyonun ayağını sındırdılar, indi də növbə Bahadırındır"
XƏBƏR 4 Dekabr 2010 / 18:05 2358
-  A +


"Neftçi" PFK-nın makedoniyalı yarımmüdafiəçisi Slavço Georgievski Unibank Premyer Liqasının AZAL-la oyunundan sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb: Qol.Az-ın məlumatına görə, makedoniyalı futbolçu "Neftçi"yə qarşı olan təzyiqə öz münasibətini bildirib: "Haqsız olaraq söyləyirlər ki, hakimlər "Neftçi"yə kömək edir. Budurmu "Neftçi"yə kömək etmək?! Bizə qarşı oynayan bütün komandaların futbolçuları sanki düşmənlə müharibəyə çıxır. Əgər bu, peşəkar idman prinsipləri əsasında olsa, normal qarşılanar. Amma hamı görür ki, "Neftçi" rəqib futbolçuların vəhşilikləri ilə rastlaşır. Salyanda ən yaxşı oyunçularımızdan biri Flavinyonun ayağını qəsdən vurub, sındırdılar. Amma həmin futbolçu nə cəza gördü, nə də ki, bunu bizim əleyhimizə yazan mətbuat orqanları işıqlandırdılar. Flavinyodan sonra rəqib futbolçular bir neçə oyundur ki, Bahodiri güdürlər. Çünki onların əlindən heç bir şey gəlmir. Ancaq belə vəhşiliklərlə "Neftçi"nin qarşısını almaq istəyirlər. Çox təəssüf ki, oyunlarımızı idarə edən hakimlər də bu cür vəhşiliklərə göz yumurlar. AZAL-la oyunda da çirkin əməllərə göz yumuldu, vəhşilik edən futbolçulara qarşı cəza tədbirləri görülmədi. Bütün bunlara baxmayaraq, "Neftçi" gözəl oyunu ilə azarkeşləri sevindirəcək və onlara çempionluq sevinci yaşadacaq".

Son xəbərlər