Nazim Süleymanov: “Hakimlər də səhv edə bilər”

Nazim Süleymanov: “Hakimlər də səhv edə bilər”
XƏBƏR 4 Dekabr 2010 / 17:56 1813
-  A +


Bu gün Premyer Liqanın son turu çərçivəsində öz meydanında “Neftçi”ni qəbul edən AZAL bu qarşılaşmada vacib iki xal itirib. Qol.Az-ın məlumatına görə, AZAL klubunun baş məşqçisi Nazim Süleymanov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Biz bu gün yaxşı oynasaq da, vacib 2 xal itirdik. Məncə, penalti epizodunu hakim qeydə almalı idi. Lakin dəqiq bir şey deyə bilmərəm. Bununla belə hakim də insandı. Hər bir insan kimi hakimlər də səhv edə bilər. Rəqibə gəldikdə isə düşünmürəm ki, kimsə “Neftçi”yə düşmən kimi yanaşır. Arif müəllimin fikiri ilə razı deyiləm. Hamımız “Neftçi”ni sevirik”.

Son xəbərlər