Arif Əsədov: “ Elə bil “Neftçi” düşmən komandasıdır”

Arif Əsədov: “ Elə bil “Neftçi” düşmən komandasıdır”
XƏBƏR 4 Dekabr 2010 / 17:48 2051
-  A +

 
Bu gün Premyer Liqanın son turu çərçivəsində “Neftçi” səfərdə qarşılaşdığı AZAL-la oyunda vacib iki xal itirib. Qol.Az-ın məlumatına görə, “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:  “ Bizə qarşı çox aqressiv oynayırlar. Son zamanlar bizə düşmən münasibəti bəsləyirlər. Elə bil “Neftçi” xalq komandası yox, hansısa düşmən klubudur. Bununla belə, biz ikinci hissədə daha yaxşı oynadıq. Lakin təəssüf ki, qol vura bilmədik. Hakimlik haqqında indi bir şey deyə bilmərəm. Bunun üçün epizodlara yenidən baxmaq lazımdı. Amma bir-iki epizod oldu ki, zamanında sarı vərəqə göstərmək lazım idi”

Son xəbərlər