“İnter”in "Birlik kuboku"ndakı rəqibləri dekabrın 6-da bəlli olacaq

XƏBƏR 3 Dekabr 2010 / 17:42 1443
-  A +


Rusiyada keçiriləcək ənənəvi “Birlik kuboku” turnirinin püşkatma mərasiminin keçirilmə tarixi müəyyənləşib. Qol.Az-ın  məlumatına görə, bu turnirdə ölkəmizi təmsil edəcək son Azərbaycan çempionu “İnter”in rəqibləri dekabrın 6-da məlum olacaq. Gələn il yanvarın 14-dən 23-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq yarışın püşkatma mərasimində 16 komanda 4 qrupa bölünəcək.
Qeyd edək ki, Gürcüstan MDB-nin üzvlüyündən imtina etdiyi üçün bu yarışda iştirak etməyəcək. Belarus və Moldovanı isə yarışdan imtina edən çempioların əvəzinə ölkənin ikinci komandaları təmsil edəcək.

Son xəbərlər