"Fərid Quliyevin transferə çıxarılmasını özüm istəmişəm. Yığma komandamızın şərəfini qoruyur, gəncdir, ancaq "Neftçi"də heyətə düşə bilmir. Quliyevin klubu tərk etməsi o demək deyil ki, digər oyunçularla da yollarımızı ayıracağıq. Premyer Liqa uzun bir marafondur. Mən formada olan bütün futbolçulara şans verirəm". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına bildirib. "Hazırda "Neftçi"nin lider olması bizim doğru yolda olduğumuzu göstərir. Mətbuatda gedən yazıları izləyirəm. Rəşad Abdullayevin, Elmar Baxşiyevin, Amit Quluzadənin, Ruslan Əmircanovun komandanı tərk edə biləcəyini yazırlar. Bu oyunçular meydanda olduqları zaman bizə çox xeyirləri dəyir. Rəşad Abdullayev bu mövsüm öz çıxışı ilə komandanın ən aparıcı futbolçularından birinə çevrilib. Hətta ölkə mətbuatı onun niyə yığmaya dəvət edilməməsi ilə bağlı Berti Foqtsa yönələn suallar ünvanlayır. Elmar Baxşiyev klubumuzun vitse-kapitanıdır. Düzdür, hazırda o bəzi matçlarda ehtiyatda qalır. Lakin, Elmarın ehtiyatda qalması sırf taktika ilə bağlıdır. Ruslan Əmircanov məhz "Neftçi"dəki çıxışından sonra yığma komandaya dəvət alıb. Hazırda da bizim ona böyük ümidlərimiz var. Amit Quluzadəyə isə yetərincə gənc olmasına baxmayaraq, bir çox vacib matçlarda forma geyinmək şansı vermişik. Yəni komandamızın heyəti nə qədər geniş olarsa, mövsümün sonunda qızıl medalları qazanmaq şansımız daha da artmış olacaq" - deyə Əsədov bildirib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər