"İnter"in gürcüstanlı qapıçısı son oyunlardakı uğursuzluqdan şikayətlənib. Georgi Lomaya klubun rəsmi saytına müsahibəsində qarşıdan gələn "Qarabağ"la matça toxunub və qeyd edib ki, komandanın düşdüyü vəziyyət yüngül deyil, amma düzələcək.
- Georgi, "Muğan"la oyun uğursuz alındı, komanda mövsümdə 4-cü dəfə məğlub oldu...
- Son oyunlarda bəxtimiz gətirmir. Qol vəziyyətləri yaradırıq, amma realizə edə bilmərik. "Muğan" bizim səhvimiz sayəsində cəmi 1-2 təhlükəli vəziyyət yaratdı, amma buna baxmayaraq, qol vura bildi.
- Bu məğlubiyyəti yalnız bəxtsizliklə izah etmək olar?
- Bəli, son zamanlar bəxtimiz gətirmir və bunu izah etmək çox çətindir.
- Necə düşünürsən, vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?
- Bizə yüksək səviyyədə, deyərdim ki, dönüş yaradan bir oyun keçirmək lazımdır. Sonra hər şey yerini tapacaq. Əminəm ki, biz bunu bacaracağıq. İrəliyə gedəcəyik!
- Qarşıda son 3 oyunda məğlub olan "Qarabağ"la oyun var...
- "Qarabağ" yaxşı, iddialı, həmişə yalnız çempionluğa oynayan komandadır. "Qara zolağa" düşmələri, əlbəttə ki, işimizi çətinləşdirir. Bu komandaya qarşı meydana çıxmaq həmişə çətindir, onlar öz oyunlarını diqtə etməyə çalışırlar, meydanın hər qarışında mübarizə aparırlar. Bizi çox ağır oyun gözləyir.
- Təəssüf ki, turnir cədvəlində "İnter" öndə gedən komandalardan daha da arxada qaldı...
- Hələ ikinci dövrənin yarısından çox oyun keçirəcəyik. Bunda başqa, qarşıda "altılıq" çərçivəsində keçiriləcək oyunlar var. Odur ki, vəziyyət düzələndir. Hər şey bizdən asılıdır!
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi