Bu gün “Ostankino” teleqülləsinin 5-ci studiyasında SSRİ yığma komandasının və Moskva “Spartakı”nın aparıcı futbolçusu olmuş məşhur teleşərhçi Vladimir Maslaçenko ilə vida mərasimi keçirilib. “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, vida mərasimi saat 10:00 radələrində başlayıb. Teleqüllə ərazisinə giriş sərbəstdir. Yüzlərlə insan vida mərasiminə axışıb. Onların arasında idman aləminin məşhurlarından olan Valeriy Nepomnyaşiy, Yevgeniy Lovçev, Georgiy Yartsev, Oleq Romantsev, Boris Mayorov, Vladimir Qomelskiy və digərləri olub. Salonda mikrofon qurulub. Şərhçi Vasiliy Utkin, basketbol məşqçisi və şərhçi Vladimir Qomelskiy, qonşusu Boris İvanoviç onunla bağlı xatirələrini danışıb. Saat 13:00-da Vladimir Maslaçenkonun cənazəsi “Ostankino” kilsəsinə gətirilib. O, Vaqankovsk qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, “NTV-Plyus Futbol" telekanalında şərhçi işləyən 74 yaşlı Vladimir Maslaçenko noyabrın 28-də gecə saatlarında Moskva xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilib. SSRİ yığması və Moskva “Spartak”ının keçmiş qapıçısına kəskin hipertonik böhran diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Vladimir Maslaçenko 1961-ci ildə SSRİ-nin ən yaxşı futbol qapıçısı elan edilib. 1970-ci ildə karyerasını bitirdikdən sonra o idman jurnalistikası sahəsində çalışmağa başlayıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!