"Neftçi"nin azarkeş qrupu “Forza "Neftçi” komandanın baş məşqçi Samir Abasovun bəzi davranışlarından narazıdır.
Qol.az xəbər verir ki, qrup bu barədə bəyanat yayıb. Bəyanatda Abasovun fanatların təzyiqi, istefa şüarlarına verdiyi reaksiyalar qınanılıb:
"Əziz , Samir Abasov. Bundan öncəki yazılarımızda da sizin müsahibələr zamanı peşəkar futbol klubunun baş məşqçisinə xas olmayacaq dərəcədə qeyri-peşəkar ifadələr işlətməyiniz barədə məlumat vermişdik. Sadəcə gündəmdə qalmaq istədiyinizi nəzərə alaraq bir daha fikirlərinizə cavab vermək istəyirik.
1. 30 oktyabr 2021. “Qarabağ”la matçda biabırçı nəticədən sonra verdiyiniz müsahibədə “azarkeşlərin təkidi ilə əvəzetmə etdiyinizi” deyən də məhz sizsiniz, cənab Abasov. Bizim sözümüzlə nəyinsə dəyişə bildiyini məhz özünüz ifadə etmişdiniz.
2. 13 il ərzində sözümüzün kəsərinin necə olduğunu görməyən deyəsən, sadəcə siz qalmısınız. Çox təəssüflər olsun ki , çempion olduğunuz mövsüm məlum səbəblərdən oyunlarda azarkeşlər iştirak etmirdi. Bəlkə həmin zaman təzyiq görmürdünüz deyə, belə rahat idiniz. Çünki mövsümün əvvəlindən bəri narahat görünməyiniz göz önündədir.
3. 12 fevral 2022. “Sabah”la qarşılaşmada bizdən tamamilə asılı olmayan səbəblərdən baş vermiş hadisə nəticəsində oyun sonunda “2 ay sonra mən sağ, siz salamat ” ifadəsini söyləyib çıxıb getdiniz. Biz sizə bundan tam 7 ay öncə, noyabrda ərizə yazmağınızı məsləhət görmüşdük.
4. Bugünkü (ötən günkü "Qəbələ" ilə oyun - red.) müsahibədə işlətdiyiniz ifadəyə gəldikdə isə bizim mövqeyimizin nə olduğunu çox şükür, hamı bilir. Hər oyunda, ölkə, region fərq etmədən, məsafə düşünmədən klubunun arxasında duran insanlara bu ifadəni işlətməyinizin nə qədər düzgün olduğunu düşünməyinizi istəyirik.
5. Çox keçmişə qayıtmayaq. 9 aprel 2018-ci il. Siz hələ “Sumqayıt”ın baş məşqçisi olanda oyunun sonunda futbolçularınızı məhz bizi alqışlatmaq üçün qarşımıza gətirmişdiniz. Çox yox, sadəcə 4 il keçib. Bunu xatırlayıb bundan sonrakı müsahibələrinizdə düzgün ifadələrdən işlətməyinizi tövsiyə edirik. Bizim mövqeyimiz bəllidir. Sizə öz mövqeyinizi bəlli etməyi məsləhət görürük".
Qeyd edək ki, ötən gün Samir Abasov komandanın azarkeşləri ilə bağlı belə açıqlama verib: "İstefa məsələsinə gəldikdə, bunu cavablandırmağımı istəməyin. Çünki yaxşı tonda cavablandıra bilməyəcəm. Sadəcə olaraq, anormallıqdır. "Qarabağ"ın heyətində 300-500 minlik futbolçular var, səndə belə deyilsə, əmələ gəlməyəcək. Maliyyə tərəfi belədir. Bir də illərlə qurulmuş komandaya qarşı mübarizə aparmaq var. Vicdanla deyirəm ki, ikinci yer çox yaxşıdır. İstefa qışqırırlar, nə cavab verim, deyim ki, düzgündür, ya yox? Sırf bunu qışqırmaq üçün gəlmişdilər bura. Əgər əsas rəqibin olan “Qarabağ” azarkeşləri də bu sözlərlə ələ salırsa...Yadınıza gəlir, "Bakcell Arena"da onlar da istefa qışqırmağa başlamışdılar...Burada tək komanda deyil, ümumi “Neftçi” düzəlməlidir".Ümumiyyətlə, bu təzyiq haqda fikirləşmirəm, fikirləşməyəcəm də. O vaxtı azarkeşlərlə futbolçular arasındakı münasibət o dərəcədə pozulmuşdu ki, futbolçular azarkeşlərə əl çalmağa da getmirdi. Münasibəti düzəldən insan mənəm. Azarkeşlərimlə futbolçularımı çağırmışdım ki, belə olmaz. Görünən odur ki, azarkeşlər də özləri parçalanmış şəkildədir. Bir nöqtəyə vuran azarkeşlərimizi hiss etmirik. Bu gün baş məşqçiyə qışqırırlarsa, demək ki, futbolçu ilə münasibətləri də yaxşı deyil. “Neftçi”də təzyiq həmişə olub, olacaq da. Təzyiqdən qorxub kənara çəkiləcəyiksə, biz inkişaf etməyəcəyik. Əsl inkişaf təzyiq altında olan inkişafdır. Bu günləri hər şeyi baş məşqçidən bilirlərsə...Ki, buna yozurlar. Deməli, bu futbolun zayı çıxıb".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı