Batista: "Bakı"nın çempionluğu ən böyük hədiyyəm olacaq"

XƏBƏR 10 Fevral 2009 / 22:00 2510
-  A +

"Bakı"nın braziliyalı legioneri Vilyam Roşa Batista klubun saytına müsahıbə verib. Batista söhbətə belə başlayıb: "Özümü əla hiss edirəm. Bakı və Azərbaycan barədə az da olsa, məlumatım var idi. Fabio Luis Ramimi daha əvvəldən tanıyırdım. "Bakı"dan dəvət alanda, təbii ki, ilk olaraq ona müraciət etdim. Dostum Azərbaycan haqqında elə danışdı ki, heç bir şübhəyə yer qalmadı". Artıq üç gündür ki, Bakıda olduğunu söyləyən braziliyalı forvard hələ ki, şəhərimizlə tanışlığa vaxt tapmayıb, bununla belə ilk təəssüratları müsbətdir: "Buranın insanları olduqca istiqanlı və mehribandır. Hər yerdə ehtiram və qayğı ilə rastlaşıram". "Hazırlıq səviyyən komandada yaşanan rəqabətə davam gətirəcəkmi" sualını 29 yaşlı hücumçü belə cavablandırıb: "Özünüz görəcəksiniz, mən özümə əminəm. İlk olaraq "Bakı" ilə çempionluq qazanmağı düşünürəm. Sonra isə bir forvard kimi öz sözümü demək istəyirəm. Səbirsizliklə baş məşqçidən şans gözləyəcəyəm, nə zaman mənə etibar göstərsə, o zaman Batistanın necə oyunçu olduğunu görəcəksiniz". Batista Ukrayna mətbuatının onun karyerasının qürub anları yaşaması yazması ilə qəti razılaşmır. "Bunun ən bariz cavabı mənim 3 il ərzində "Karpatı"da göstərdiyim oyundur. "Xarkov" klubuna keçidim səhv addım idi, klub çöküncə oyunçular da dibə getdilər. Ancaq Batista sona qədər döyüçəcək, buna söz verirəm. Komandamızda rəqabət yüksək səviyyədədir. Heyətə düşmək üçün çox çalışmalı olacağam, bununla bərabər bildirmək istəyirəm ki, Batista "Bakı"ya tərəfdarları sevindirmək üçün gəlib. Komandam səviyyəli oyunçulardan təşkil olunmuş güclü klubdur. Təcrübəli məşqçimiz var. Hazırlıq üçün şərait də məni tam qane etdi. Serbiya, Makedoniya, Bolqarıstan, Argentina, Braziliya, Mərakeş, Gürcüstan, Xorvatiya kimi futbol ölkələrinin nümayəndələri "Bakı"da toplaşıblar. Bu komanda əsl dünya yığmasıdır. Əminliklə deyirəm ki, Ukrayna çempionatında ən yüksək yerlər uğrunda oynaya bilərdik".


 

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır