"Neftçi" açıqlama yaydı: "Xəzər Lənkəran"dan bizə məktub daxil olmayıb"

XƏBƏR 30 Noyabr 2010 / 19:09 1829
-  A +

"Neftçi" klubu bəyan edib ki, 2010-cu ilin noyabr ayında kluba "Xəzər Lənkəran"dan heç bir məktub daxil olmayıb. Bununla bağlı məlumat klubun rəsmi saytında yer alıb.
Qeyd edək ki, dünən "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Qol.Az saytına açıqlamasında təmsil etdiyi klubun və futbolçularının "Neftçi" azarkeşləri tərəfindən təhqir olunduğunu bildirərək paytaxt təmsilçisinə etiraz məktubu göndərdiyini söyləmişdi.


Son xəbərlər