Mahir Şükürov istirahətə yollandı

Mahir Şükürov istirahətə yollandı
XƏBƏR 30 Noyabr 2010 / 16:18 1649
-  A +


Millimizin üzvü Mahir Şükürovun da şərəfini qoruduğu Rusiyanın “Anji” klubunun məşqçi və futbolçu heyəti istirahətə yollanıb. Qol.Az-ın Mahaçqala klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komanda gələn ilin yanvar ayının 7-nə kimi məzuniyyətdə olacaq. Yanvarın 8-dən etibarən isə bütün futbolçu və məşqçilər yenidən klubun bazasında bir araya gəlib, yeni mövsümün hazırlıqlarına start verəcəklər. Millimizin aparıcı futbolçularından sayılan və son zamanlar “Anji”nin əsas heyətinə düşməkdə çətinlik çəkən Şükürovun komandadakı gələcək aqibəti isə hələ də müəmmalı olaraq qalır. Hələ bir neçə müddət əvvəl səhhətində problem yarandığına görə komandanın düşərgəsindən ayrılaraq müalicə olunmaq üçün vətənə gələn Mahir, həmin vaxtdan etibarən “Anji”nin əsas heyətindən uzaq düşüb. Çox güman ki, Şükürov gələn il özünə yeni klub axtarmalı olacaq.

Son xəbərlər