"Neftçi" klubunun rəsmi jurnalının 3-cü, noyabr ayı üçün nəzərdə tutulan sayı işıq üzü görüb. Jurnalın ideya rəhbəri "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov, baş redaktor Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğludur. Jurnalda AFFA prezidenti Rövnəq Abdullayevin fəaliyyəti dövründə assosiasiya tərəfindən görülən işlər barədə məqalə, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun 45 illik yubileyi ilə bağlı yazı, Premyer Liqanın 9-14-cü turlarının xülasəsi və flaqmanın baş məşqçisi Arif Əsədovun müsahibəsi var. Oxucular "Neftçi"nin uşaq futbol məktəbinin yetişdirdiyi, hazırda "Fənərbaxça"nın heyətində oynayan Mirkamil Haşımlının durumu, gələcək planları ilə tanış ola bilərlər. Jurnalın əməkdaşları "Neftçi"nin braziliyalı müdafiəçisi Denis Silvanın evində olub, onun ailəsindən yazı hazırlayıblar.
İkinci hissədə isə "ağ-qaralar"ın 13 yaşlılardan ibarət komandası barədə geniş yazı dərc olunub.
Bu sayda komandanın kapitanı və yığmamızın aparıcı üzvlərindən sayılan Rail Məlikovun müsahibəsini oxumaq mümkündür. "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubundan yaxşı tanıdığımız Bəhram Bağırzadənin müsahibəsi, "Neftçi" və "Qalatasaray"ın əməkdaşlığı ilə bağlı yazı da jurnalda yer alıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!