«Neftçi»nin braziliyalı müdafiəçisi Denis Silva klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- "Qarabağ"la son oyun necə keçdi?
- Oyun çətin keçdi, ancaq buna baxmayaraq, bizə lazım olan nəticəni əldə edə bildik . Rəqibimiz çox yaxşı oyun sərgilədi. Çünki onlar Azərbaycanın ən güclü komandalarından biridir. "Qarabağ"la oyunda qalib gəlmək təkcə turnir cədvəlində yerimizi möhkəmləndirmək yox, həm də komandada motivasiyanın daha yüksək olması üçün vacib idi. Növbəti oyunda bu bizim üçün stimul olacaq.
- Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir?
- Komanda daxilində əhval-ruhiyyə çempionatın əvvəlində olduğu kimidir. Futbolçular hər oyunda yalnız qələbə, layiqli mübarizə aparmaq və xal qazanmaq haqqında düşünür.
- Növbəti qarşılaşma süni örtüklü meydançada keçiriləcək. Bu, sənin üçün çətin olmayacaq ?
- Təbii ki, çətin olacaq. Çünki məşqlərimizi və oyunlarımızın böyük əksəriyyətini təbii örtüklü meydançalarda keçiririk. Ancaq düşünürəm ki, bu amil bizim oyunumuza təsir etməyəcək. Axı, biz peşəkar futbolçuyuq.
- Denis, sənin üçün təəcüblü deyil ki, AZAL komandası keçən ildən fərqli olaraq, daha yaxşı oyun nümayiş etdirir və turnir cədvəlində "Xəzər-Lənkəran"la 2-ci və 3-cü pilləni bölüşür?
- Düşünürəm ki, AZAL klubu hazırda Azərbaycan Premyer Liqasında ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Onların belə çıxışı təkcə məni yox, hamını təəcübləndirir.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!