Azərbaycanlı futbolçular yumruq davasına çıxıblar

XƏBƏR 30 Noyabr 2010 / 12:48 1712
-  A +

Azərbaycan I divizionunun XII turunun “Ədliyyə” – “Anşad Petrol” matçında insident yaşanıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA İntizam Komitəsinin  bu gün keçirilən iclasında “Ədliyyə” klubunun futbolçusu Samir Həsənovla  “Anşad Pertol” klubunun futbolçusu Xətai Bağırovun aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanıb, klublar 400 manat cərimələnib.


Son xəbərlər