Nadir Qasımova sərt cəza

XƏBƏR 30 Noyabr 2010 / 12:46 1593
-  A +

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov barəsində sərt qərar çıxarılıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, buna səbəb Azərbaycan I divizionunun XII turunun “Şuşa” – “Şəmkir” matçının 71-ci dəqiqəsində Nadir Qasımovun hakimi təhqir etdməsidir. Bu hərəkətinə görə i texniki zonadan  kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
 


Son xəbərlər