Millimizin futbolçusu Vaqif Cavadovun Hollandiyanın «Tvente» klubundakı karyerası uğursuzluğa düçar olsa da, futbolçumuzun adı hələ də bu komandanın sihayısındadır. Təəccüblənməyin. Söhbət heç də həyatdakı «Tvente»dən və Vaqifdən getmir.
Qol.Az-ın məlumatına görə, Vaqif Cavadovun adı bu gün dünyaca məşhur olan "Playstation 2011»in PES versiyasinda «Tvente»nin heyətində yer alıb. Amma futbolçumuz orada da əsas şeyətə düşə bilməyib. Bununla belə, Azərbaycanda «Playstation» oyununun azarkeşləri Vaqifi istəkdikləri vaxt meydana buraxır və hətta onun tez-tez qol vurmasına şərait yaradır.
«Playstation» proqramının yaradıcıları kompüter variantında virtual Vaqifi həyatdakı Vaqifə bir balaca oxşatmağı da bacarıblar.
Hətta «PES 2011»də karyera qurmaq istəyənlər onu digər komandaların heyətinə də transfer edə bilərlər. Məsələn, «Cavadov» istənilən anda «Milan», «Real» və «Çelsi» kimi komandaların heyətinə düşə bilər. Ancaq gerçək həyatda Cavadov nəinki «Milan» və «Barselona»ya transfer olunur, hətta hazırkı klubu «Bakı»nın heyətində günü-gündən geriləyərək əsas heyətdə yerini itirir.
Onu da qeyd edək ki, Vaqif Cavadov «PES 2011»ə düşən yeganə azərbaycanlı futbolçudur. Bu oyunda nəinki Azərbaycan çempionatı, heç milli komandamızın adı da yoxdur.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov