Rusiyanın “Rubin” futbol klubunun idman direktoru Muhsin Muhamadiyevin müsahibəsi
- “Neftçi” rəhbərliyi “Rubin” klubunun nümayəndə heyətinin bu yaxınlarda Bakıya gələcəyini açıqlayıb. Səfər nə vaxt baş tutacaq?
- Nümayəndə heyətimiz yəqin ki, dekabrın ikinci ongünlüyündən sonra Bakıya gələcək. Hazırda “Barselona” ilə dekabrın 7-də keçirəcəyimiz Çempionlar Liqasının son tur qarşılaşmasını düşünürük.
- Səfərinizdə məqsəd nədən ibarət olacaq?
- Səfər tanışlıq xarakteri daşıyacaq.
- Bəs “Neftçi”nin futbolçuları arasında maraqlandıqlarınız var?
- Hələ bu barədə qəti bir söz demək çətindir. Bakıda keçirəcəyimiz görüşlərdən sonra bu məsələyə aydınlıq gələcək.
- Baş məşqçiniz Qurban Berdıyevin Bakıya gəlişi nəzərdə tutulub?
- Çətin ki, o, gələ bilsin. Ümumiyyətlə, nümayəndə heyətimizin tərkibi və sayı bu yaxınlarda keçirəcəyimiz klubdaxili iclasda müəyyənləşəcək.
- “Neftçi” rəsmiləri komandada icarə əsasında çıxış edən hücumçunuz Bahadır Nəsimovla yeni müqavilənin imzalanacağı haqda razılığınızı aldıqlarını bildirir…
- Biz hələ bu barədə razılığa gəlməmişik. Bilmirəm, “Neftçi” rəhbərliyi “Rubin”də kiminlə danışıqlar aparıb. Bütün məsələlərə nümayəndə heyətimizin Bakıya səfəri zamanı aydınlıq gələcək.
- Nəsimov hazırda Azərbaycan çempionatında uğurlu çıxışı ilə seçilir. 15 turdan sonra onun hesabında 14 qol var. Ümumiyyətlə, özbəkistanlı hücumçunu geri qaytarmaq fikriniz yoxdur?
- Yenə deyirəm, bu, “Neftçi” rəhbərliyi ilə danışığımızdan asılı olacaq.
- Ardıcıl iki il Rusiya Premyer Liqasının qalibi olduqdan sonra bürünc medalla kifayətləndiniz.
- “Het-trik” etməyi çox istəyirdik. Lakin heyətimizi bir neçə aparıcı futbolçunun tərk etməsi və zədəlilərimizin çoxluğu üzündən “Zenit” və MOİK-in ardından bürünc medalla kifayətləndik. Qarşımıza qoyduğumuz məqsədi yerinə yetirə bilmədik.
- Qarşıda “Barselona” ilə oyununuz var. Çempionlar Liqasının 1/8 finalına vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
- Bu, ən vacib oyunlarımızdan biri və 2010-cu ildə son matçımızdır. İstəyirik ki, ili yüksək əhval-ruhiyyədə başa vuraq. Növbəti mərhələyə vəsiqə şanslarımız var. Danimarkanın “Kopenhagen” klubu öz meydançasında Yunanıstan “Panatinaikos”u ilə heç-heçə etsə, biz isə İspaniyada “Barselona”nı yensək, Çempionlar Liqasının 1/8 finalına yüksələ bilərik.
- Çoxları “Kopenhagen”i asanlıqla arxada qoyacağınızı düşünürdü. Amma hazırda Danimarka təmsilçisi “Rubin”dən öndədir. “Kopenhagen”i keçə bilməməyinizin səbəbi nədir?
- “Kopenhagen”in zəif rəqib olduğunu düşünmürəm. Hazırda bu komandanın aktivində 7 xal var. Baxaq, görək son turda necə olacaq?
- Artıq qrupda heç bir şansı qalmayan “Panatinaikos”un son turda “Kopenhagen”ə asanlıqla təslim olacağını düşünmürsünüz?
- Fikrimcə, “Panatinaikos” “Kopenhagen”ə uduzmayacaq. Ya heç-heçə edəcək, ya da qalib gələcək (lent.az).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov