«Neftçi» klubu «Xəzər Lənkəran»ın onlara ünvanladığı etiraz məktubuna münasibət bildirib.
Qeyd edək ki, «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov Qol.Az saytına açıqlamasında onların futbolçularının və klubun «Neftçi»nin son oyunları zamanı təhqir olunduğu bildirib. Cənub təmsilçisi bu səbəbdən «Neftçi»yə bu gün müraciət edib.
«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov isə «Xəzər Lənkəran» klubunun etirazlarını birmənalı şəkildə qəbul etmədiklərini vurğulayıb: «Hər iki klubun rəhbərliyinin əla münasibətləri var. Çempionatın əvvəlindən başlayaraq, biz azarkeşlərimizlə bağlı həddindən artıq iş görmüşük. İstər rəhbərlik, istər məşqçilər, istərsə də futbolçular səviyyəsində «Flaqman» fan-klubu və «UltraNeftçi»nin üzvləri ilə müzakirələrimiz olub. Bu görüşlər də öz müsbət nəticəsini verib. Əgər ötən mövsüm iki klubun azarkeşləri arasında son dərəcə kəskin qarşıdurmalar var idisə, indi bu, artıq minimuma endirilib».
T.Süleymanov indinin özündə də azarkeşər arasında bu kimi halların qarşısını almağa çalışdıqlarını söyləyib: «Bu məsələdə klub rəhbərliyinin və məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Bu yaxınlarda «Xəzər Lənkəran»ın qapıçısı Kamran Ağayev verdiyi müsahibədə «Neftçi»nin ünvanına ittihamlarla çıxış etmiş, klubun daxili işlərinə qarışan fikirlər səsləndirmişdi. Bundan sonra hər iki klubun prezidentləri - Sadıq Sadıqov və Maim Mənsimov müzakirə apardı. Mais müəllim belə məsələləri yoluna qoyacağını vəd etdi və sözünün üstündə durdu. Kamranın bu fikirləri bizim azarkeşləri qıcıqlandırıb. Amma qeyd edim ki, «Bakı» ilə «Xəzər»in oyununda lənkəranlı azarkeşlər də «Neftçi»nin əleyhinə şüarlar səsləndirib. Ötən illərlə müqayisədə bu kimi hallar minimuma endirilsə də, hələ 3-5 faiz qalmaqdadır».
T.Süleymanovun sözlərinə görə, yerdə qalan bu problem də aradan qaldırılmalıdır.
«Birinci dövrədə Lənkərandakı oyunumuzda «Xəzər» öz avtobusunu bizə vermişdi. Amma oyundan sonra lənkəranlı azarkeşlər hətta öz avtobuslarını da daşladılar. Lənkəranda uduzduğumuz oyunda 15 min azarkeş matçın ilk 15 dəqiqəsində «Neftçi» əleyhinə şüarlar səsləndirdilər. Lakin qeyd etmək yerinə düşər ki, hər iki klubun prezidenti bu məsələləri xüsusi nəzarətə götürüb, əməli tapşırıqlarını veriblər. Həm «Neftçi», həm də «Xəzər Lənkəran» tərəfindən bunlar yerinə yetirilir» - deyə T.Süleymanov bildirib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov