Slavko Georgievski: "Qarabağ"la oyunda Azərbaycan futbolu qazandı.

Slavko Georgievski: "Qarabağ"la oyunda Azərbaycan futbolu qazandı.
XƏBƏR 29 Noyabr 2010 / 14:26 6515
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgievski "Qarabağ"la matçdan sonra klubun rəsmi saytına danışıb. Qol.Az-ın məlumatına görə, makedoniyalı futbolçu "Qarabağ"a qalib gəldikləri üçün çox sevindiyini bildirib: "Əvvəlcə onu qeyd etməliyəm ki, liderliyimizi sürdürdüyümüz üçün çox sevinirəm. "Qarabağ"ı Azərbaycan Premyer Liqasının ən güclü komandalarından biri hesab edirəm. Bizimlə oyunda hər kəs bir daha bunun şahidi oldu. Rəqiblə görüş çətin və gərgin keçdi. Qalib gəlməyi bacardıq. Bir şeyi nəzərə almaq lazımdır ki, "Qarabağ"la oyunda təkcə "Neftçi" yox, həm də Azərbaycan futbolu qazandı. Çünki rəqibimizlə yanaşı, bizim heyətimizdə də bir çox gənc futbolçular yer alırdı. Düşünürəm ki, belə vacib görüşlərdə çempionluğa iddialı komandada gənc futbolçuların çıxış etməsi vacib faktlardan biridir. Mirhüseyn Seyidov, Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev - bu gənclər Azərbaycan futbolunun gələcəyidir. Baş məşqçimiz onlara şans verməklə yığmanız üçün böyük işlər görür" – deyə makedoniyalı futbolçu bildirib.

Son xəbərlər