«Hazırda bir neçə ölkənin çempionatında çıxış edən futbolçularla maraqlanırıq. Amma hələlik konkret olaraq heç kimlə razılığa gəlməmişik. Çünki bununla bağlı baş məşqçimiz Mirça Rednik da öz qərarına verməlidir». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov söyləyib. Onun sözlərinə görə, qış fasiləsində bir neçə futbolçunu heyətlərinə cəlb edəcəklər.
T.Nadirov maraq dairələrində olduqları futbolçuların hansı çempionatlarda çıxış etdiyini də açıqlayıb: «Rusiya, Rumıniya, Türkiyə, Albaniya, Portuqaliya və Braziliya çempionatlarında oynayan futbolçular bizim maraq dairəmizdən olan oyunçular siyahısındadır. Amma təbii, bu o demək deyil ki, onların hamısıyla müqavilə bağlanacaq. Biz yerli futbolçularla da maraqlanırıq».
T.Nadirov futbolçuların və onların təmsil etdiyi klubların adlarını açıqlamayıb.
T.Nadirov maraq dairələrində olan futbolçuların sayının 50-60 arasında olduğunu bildirib: «Təbii ki, onların sayı 5-6 ola bilməz. Əlbəttə, 50-60 nəfərin olduğu siyahı ilkin mərhələ üçün nəzərdə tutulub. Sonradan o futbolçulardan siyahımızda 20 nəfər qalacaq. Üçüncü mərhələdə biz təxminən 10 nəfərin adını saxlayacağıq və həmin futbolçularla konkret danışıqlara başlayacağıq. Baş məşqçimiz hansı mövqeyə futbolçu lazım olduğunu məsləhət bilsə, həmin 10 nəfər arasından da seçim edəcəyik. Ümumi razılığa gələ bilsək, onlardan bir neçəsiylə müqavilə imzalayacağıq».
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi