Son derbidə "qartal" imzası

Son derbidə "qartal" imzası
XƏBƏR 28 Noyabr 2010 / 23:51 1934
-  A +

Bu gün Türkiyə Superliqasının 14-cü turunda İstanbulun iki nəhəngi – “Qalatasaray” və “Beşiktaş” qarşılaşıblar. Qol.Az-ın məlumatına görə, bu “Əli Sami Yen” stadionundakı sonuncu derbi kimi tarixə düşüb. Elə bu səbəbdən idi ki, “Qalatasaray” doğma arenadakı son derbini qələbə ilə başa vurmaq istəyirdi, ancaq hadisələrin gedişi tam fərqli olub. İlk hissədə rəqibinə nisbətən daha baxımlı futbol oynayan və daha çox qol epizodları əldə edən “Qalatasaray” Qutinin penaltidən qol vurmasına mane ola bilməyib və birinci hissəni geridə bitirib. İkinci hissədə də “Beşiktaş”ın qol vurmasının qarşısını ala bilməyən Hacinin yetirmələri buraxılan qollardan yalnız birinin əvəzini çıxa biliblər. Beləcə, “Əli Sami Yen”dəki son derbi “Qalatasaray”ın məğlubiyyəti ilə tarixə yazılıb.

Son xəbərlər