Revaz Dzodzuaşvili: "Təcrübəsizlik öz sözünü dedi"

XƏBƏR 28 Noyabr 2010 / 23:59 1583
-  A +

"Çox gərgin və gözəl oyunun şahidi olduq. Rəqibimizlə başabaş mübarizə apardıq. Lakin təcrübəsizlik öz sözünü dedi". Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün doğma meydanda AZAL-a məğlub olan "Turan" klubunun baş məşqçisi Revaz Dzodzuaşvili söyləyib. Təcrübəli baş məşqçi daha sonra belə davam edib: "Məğlub olmağımıza baxmayaraq, öz futbolçularımın oyunundan razı qaldım. Rəqibin heyətində Benouahini fərqləndirmək istərdim. Hər iki komanda gözəl mübarizə apardı. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram".

Son xəbərlər