Nazim Süleymanov: "Rəqibdən asılı olmayaraq qələbə qələbədir"

XƏBƏR 28 Noyabr 2010 / 23:58 1570
-  A +

"Çox yaxşı oyun alındı, komandalar bərabər mübarizə apardı. Meydançanın vəziyyəti oynamaq üçün əlverişli deyildi". Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün "Turan"la oyundan sonra keçirilmiş mətbuat konfransında AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib. Təcrübəli mütəxəssis daha sonra bunları bildirib: "Turan"ın baş məşqçisi çox təcrübəlidir, gələcək oyunlarda uğurlar arzulayıram. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Hansı komanda üzərində qazanılmasından asılı olmayaraq, qələbə - qələbədir".

Son xəbərlər