"Simurq" növbəti ciddi itki ilə üzləşib. Qol.Az-ın klubun rəsmi saytına əsasən verdiyi məlumata görə, komandanın əsas heyət üzvlərindən biri, azarkeşlər tərəfindən birinci dövrənin iki ən yaxşı oyunçudan biri seçilən Ramin Nəsibov "VİT-Corciya" ilə sonuncu yoxlama görüşündə zədə alıb. Bundan əvvəl "Sioni" ilə oyuna da zədə ilə çıxan təcrübəli futbolçu son qarşılaşmada sol ayağındakı kiçik zədəsini təzələyərək, sona qədər oynaya bilməyib və komandanın düşərgəsini tərk edib Bakıya dönüb. İki gündür paytaxtdakı klinikaların birində müayinə keçən Nəsibovun əzələ bağlarının qırıldığı məlum olub. Cərrahiyyə əməliyyatına ehtiyac duyulmayıb və futbolçu peyvəndlər vasitəsilə müalicə olunacaq. Müalicəni "Simurq"un həkimi Oleq Temnik aparacaq. "Turan"la oyunu buraxacaq Ramin bazar ertəsi Zaqatalaya - komandanın düşərgəsinə yollanacaq. Futbolçu qarşıdakı bir ay ərzində "Simurq"a kömək edə bilməyəcək.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu