Qurban Qurbanov penalti epizodlarına şərh vermədi

Qurban Qurbanov penalti epizodlarına şərh vermədi
XƏBƏR 28 Noyabr 2010 / 17:18 2331
-  A +

“Oyun barədə çox danışmaq istəmirəm. Hər kəs oyunun necə keçdiyini izlədi. Komandamız bu gün əzmkar mübarizə apardı. Matçdan sonra futbolçularımı oyuna görə təbrik etdim. “Neftçi”ni də qələbə münasibəti ilə təbrik edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib. O, penalti epizodları ilə bağlı verilən suala isə belə cavab verib: “Bu barədə indi danışmaq düzgün olmazdı. Hərhalda epizodları oyunun videoyazısına baxdıqdan sonra dəyərləndirmək daha asan olar. İndi bu barədə danışmaq istəmirəm”. Adamiyanın ehtiyatda qalmasına da toxunan baş məşqçi futbolçunun ardıcıl gərgin matçlarda oynadığını və yorğun olduğunu bildirib: “Adamiya ardıcıl bir neçə qarşılaşmada forma geymişdi, ona görə də yorğunluğu hiss olunurdu və bu səbəbdən də onu ehtiyatda saxladıq”.

Son xəbərlər