“Neftçi” azarkeşləri “Xəzər Lənkəran”a yenə “ilişdi”

“Neftçi” azarkeşləri “Xəzər Lənkəran”a yenə “ilişdi”
XƏBƏR 28 Noyabr 2010 / 16:46 2410
-  A +

Bu gün Unibank Premyer liqasının 15-ci turunun mərkəzi qarşılaşmasında - “Qarabağ”–“Neftçi” matçında “Neftçi” azarkeşləri yenə xoşagəlməz ifadələr səsləndiriblər. Onların bu dəfə də əsas hədəfi “Xəzər Lənkəran” olub. “Neftçi”nin azarkeşləri Lənkəran klubunun ünvanına “Xəzər qaz” və başqa təhqiramiz şüarlar səsləndiriblər. Xatırladaq ki, “Neftçi” azarkeşlərinin yerləşdiyi tribuna yaxınlığında “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də əyləşib.

Son xəbərlər