Ramil Əliyev: " Bu oyunda məğlub olmalı deyildik"

Ramil Əliyev: " Bu oyunda məğlub olmalı deyildik"
XƏBƏR 27 Noyabr 2010 / 19:20 1663
-  A +


Bu gün Premyer Liqanın 15-ci turu çərçivəsində "Gəncə"yə 0-1 hesabı ilə məğlub olan Moikin baş məşqçisi Ramil Əliyev komandasının oyunundan razı qaldığını bildirib.  Qol.Az-ın məlumatına görə, Əliyev oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Gəncə" komandasını qələbə münasibəti ilə təbrik edirəm. Fikrimcə biz bu gün məğlub olmalı deyildik. Oyunun sonlarına yaxın cərimə zərbəsindən qol buraxdıq. Komandam çox yaxşı oynadı, futbolçularımla fəxr edirəm. MOİK Unibank Premyer Liqasının ən gənc komandasıdır".

Son xəbərlər