Xəbər verdiyimi kimi, Unibank Premyer Liqası tarixində ilk dəfə “Bakı” klubu oyun zamanı meydançanın kənarına düzmək üçün elektron reklam lövhələri alıb. Klubun vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, Cənubi Koreya və Çinin müştərək istehsalı olan lövhələr Tofiq Bəhramov adına Respublika stadionunda quraşdırılıb. Elektron qurğunu koreyalı mütəxəsislər hazır vəziyyətə gətiriblər. Lövhələr ilk dəfə noyabrın 27-də mərkəzi arenada keçiriləcək “Bakı” – “Xəzər Lənkəran” matçında sınaqdan çıxarılacaq.
Məmmədov bildirib ki, bu qurğu təkcə “Bakı”nın iştirakı ilə keçirilən oyunlar üçün nəzərdə tutulmayıb. Digər komandalarımızın, o cümlədən Azərbaycan millisinin ev oyunlarında elektron lövhələri icarəyə verə bilərlər: “Əvvəllər yığmamızın ev oyunlarında bir neçə dəfə belə qurğunun başqa ölkələrdən gətirilib quraşdırıldığının şahidi olmuşuq. Artıq elektron lövhələri kənardan gətirməyə ehtiyac yoxdur. Azərbaycan komandaları arasında ilk dəfə “Bakı” bu addımı atıb. Bundan sonra kim istəsə, onu icarəyə verə bilərik. Hətta qurğunu bölgələrdə keçirilən oyunlara da aparmaq mümkündür”.
Qeyd edək ki, Respublika stadionunda təşkil olunacaq “Bakı” – “Xəzər Lənkəran” matçı saat 16:10-da başlanacaq (lent.az).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi