"Neftçi" PFK-nın icraçı direktoru Mübariz Xudiyev və məşqçi-seleksiyaçı Bəxtiyar Musayev Türkiyəyə ezam olunublar. Buna səbəb komandanın yanvarda Türkiyənin Antalya şəhərində keçəcəyi təlim-məşq toplanışı üçün məkan seçilməsidir. Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytına klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, "Neftçi"nin nümayəndələri artıq Antalyada bəzi yerlərlə tanış olublar.
"Bildiyiniz kimi, "Neftçi" gələn ilin oyunlarına 3 mərhələdə hazırlaşacaq. Futbolçular əvvəlcə yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcəklər. Bundan sonra komanda üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcəklər. İlk mərhələ ayın 10-dan 20-dək olacaq. Həmin arada "Neftçi" bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Görüşün yanvarın 19-da Rusiyanın "Rubin" klubunun ikinci komandası ilə keçirilməsi nəzərdə tutulub. Yanvarın 24-dən fevralın 4-dək yenə də Antalyada baş tutacaq ikinci mərhələdə isə üç yoldaşlıq oyunu keçirmək niyyətindəyik. Bunlardan birinin yanvarın 29-da "Şturm"la baş tutacağı gözlənilir. Artıq Avstriya klubundan müsbət cavab da daxil olub. Bununla belə, rəqiblərin dəyişdiriləcəyi ehtimalı da var"-deyə Elnur Əşrəfoğlu bildirib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi