Futbol üzrə Çempionlar Liqasının V turunda Hollandiyanın “Ayaks” komandası ilə görüş vaxtı İspaniyanın “Real” klubunun üzvlərinin ləyaqətsiz davranışı ilə əlaqədar UEFA-da intizam işi açılıb. Qurumun rəsmi saytının verdiyi məlumata görə, söhbət baş məşqçi Joze Mourinyo, habelə futbolçular Xabi Alonso, Serxio Ramos, İker Kasilyas və Yeji Dudekdən gedir.
Məsələyə noyabrın 30-da UEFA İntizam Komissiyasının iclasında baxılacaq.
Qeyd edək ki, “Ayaks”la noyabrın 23-də keçirilmiş görüşün sonlarında “Real” 4:0 hesabı ilə öndə olduğu vaxt “kral klubu” iki şübhəli qırmızı vərəqə alıb. Xabi Alonso və Serxio Ramosa baş məşqçi Joze Mourinyonun belə bir göstəriş verdiyi güman olunur. Mourinyo tapşırığını ehtiyat qapıçı Yeji Dudek vasitəsilə çatdırıb. Mourinyodan təlimat alan Dudek “Real”ın əsas qapıçısı İker Kasilyasa yaxınlaşıb və ona baş məşqçinin göstərişlərini ötürüb. Sonra Kasilyas bu barədə Alonso və Ramosu məlumatlandırıb. Onlar isə müvafiq olaraq, 87 və 90-cı dəqiqələrdə vaxtı uzatdıqları üçün ikinci sarı vərəqə alaraq, meydançadan qovulublar. Xabi Alonso ilə Serxio Ramos qrup mərhələsinin son turunda Fransa “Oser”i ilə matçı buraxacaqlar. Amma həmin oyun artıq Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin etmiş “kral klubu” üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Əvəzində hər iki futbolçu “pley off” mərhələsinin oyunlarına “təmiz” çıxacaqlar.
Joze Mourinyo isə iddiaları absurd sayıb: “Oyun vaxtı təkcə Dudek, Ramos və Alonsoya yox, bütün futbolçulara göstərişlər vermişəm. Mənim üçün ən əsası gözəl oyun sərgiləyərək, böyük hesabla qalib gəlməyimizdir. Qalan məsələlər isə məni maraqlandırmır”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi