"Bizi "Qarabağ"la çətin oyun gözləyir. Düzdür, indi çempionatda asan oyun olmur. Amma Ağdam təmsilçisi ilə görüş 6 xallıq oyundur. Çalışacağıq ki, yaxşı hazırlaşıb, istədiyimiz nəticəni əldə edək. Əsas məqsədimiz oyundan qələbə ilə ayrılmaqdır". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Abdullayev Unibank Premyer Liqasının 15-ci turunda "Qarabağ"la keçiriləcək oyundan əvvəl klubun rəsmi saytına bildirib.
Yarımmüdafiəçi ötən tur baş tutmuş "Qəbələ" ilə oyuna (0:0) da toxunub: "Qəbələ" ilə oyunda qol epizodlarından istifadə edə bilmədik. Üstəlik, rəqib müdafiəçi Bahadır Nəsimova qarşı kobud oynasa da, hakim penaltini vermədi. Əslində, həmin epizodda penalti var idi. Çünki Bahadır "Qəbələ"nin müdafiəçisinin önündə idi və futbolçumuzu yıxmışdı, amma nədənsə, baş hakim penalti təyin etmədi. Videotəkrar vasitəsilə buna bir daha əmin oldum".
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır