"Araz" UEFA kubokunda mübarizəni dayandırdı

"Araz" UEFA kubokunda mübarizəni dayandırdı
XƏBƏR 25 Noyabr 2010 / 22:29 1937
-  A +

Futzal üzrə UEFA kubokunun elit-raundunda “Araz” bu gün son oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın “VİZ-Sinara” klubu ilə qarşılaşan təmsilçimiz 2:3 hesabı ilə məğlub olub. «Araz»ın heyətində Eder və Rizvan Fərzəliyev fərqlənib.
Beləliklə, elit-raundda keçirdiyi ilk oyunda Kiprin «Ararat Nikosiya» klubuna qalib gələn, ikinci matçda isə İtaliyanın «Montesilvano» komandası ilə heç-heçə edən «Araz», üçüncü qarşılaşmada məğlub olmaqla növbəti mərhələyə yüksəlmək şansını itirib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner