«Qarabağ»ın əslən Qarabağ bölgəsindən olan məşqçi və futbolçuları klub rəhbərliyinə dəstək olan açıqlamalar veriblər. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında komandanın məşqçisi, «Qarabağ»ın əfsanəvi futbolçusu olmuş Müşfiq Hüseynov bunları deyib: «Qarabağ» komandası mənim sözün bütün mənalarında evimdi. Karyeramı bu komandada da başlayıb, burada da bitirmişəm. Çox ağır günlərimiz olub. Bəzən aylarla pul üzünə həsrət qalmışıq. Amma şükürlər olsun ki, son 10 ildə «Qarabağ» ailəsi bir rahatlığa qovuşub. Komandamızın rəhbərliyi elə bir ailə mühiti yaradıb ki, hər kəs özünü çox rahat hiss edir. «Qarabağ» rəhbərliyi daim özü dəyərlərinə sahib çıxır. Mən futbolu bitirən kimi, rəhbərlik məni çölə atmadı. Dərhal işlə təmin olundum, elə karyeralarını «Qarabağ»a həsr etmiş Səttar Əliyev, Yaşar Hüseynova da vida mərasimi təşkil edildi, dəyərli hədiyyələr verildi və doğma komandalarında məşqçiliyə başladılar. Bu gün hansı klub rəhbərliyi bunu edib? Ona görə də qarabağlılar bu rəhbərliyinin etdiklərini heç vaxt unuda bilməz».
«Qarabağ»ın hücumçusu Vüqar Nadirov isə bunları deyib: «Futbolun sirrlərini «Qarabağ»da öyrənməyə başlamışam. Hətta uşaq yaşlarımdan belə «Qarabağ» rəhbərliyi mənə xüsusi olaraq maaşla təmin edirdi. İlk dəfə «Qarabağ»ın heyətində meydana çıxanda 15 yaşım vardı. «Qarabağ» rəhbərliyi daim mənə sahib çıxdı. Bir ağdamlı, qarabağlı olaraq daim rəhbərliyin diqqətini öz üzərimdə hiss etmişəm. Onlardan bu baxımdan heç vaxt narazı qala bilmərəm. «Qarabağ»a ikinci dönüşümdə də demişdim. «Qarabağ» mənim ailəmdir. Yaradılan bütün bu şəraitə görə klub rəhbərliyinə təşəkkür edirəm».
Yarımmüdafiəçi Namiq Yusifov isə bunları söyləyib: «Rusenborq»la oyun ərəfəsində demişdim ki, qoy, mən meydanda ölüm, amma «Qarabağ» qələbə qazansın. Bu cümlə heç də təsadüfən yaranmamışdı. Mən ağdamlı olsam da, komandada hər kəsdə eyni yanğını görürdüm. Məhz rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hər kəsin eyni ruha sahib olmasının təzahürü «Qarabağ»ın ruhunu formalaşdırdı. «Qarabağ»da elə abu-hava var ki, burda oynamış istənilən futbolçu bunu təsdiq edə bilər. Rəhbərlik bizimlə elə davranır ki, sanki öz övladlarıyıq. Başqa klublara da hörmətimiz var. Amma Azərbaycanın heç bir klubunda «Qarabağ»da olduğu kimi həssas və futbolçuya diqqət verən rəhbərlik yoxdur».
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi