“Bakı” ilə oyun ərəfəsində “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik müsahibə verib.
- Oyuna ciddi hazırlıq gedir. Komandamızda yüksək-əhval ruhiyyə hökm sürür, futbolçularımız həvəslə məşq edirlər.
- Qarşıdakı oyun ərəfəsində problemlər aradan qalxıbmı?
- Xeyr. Təəssüf ki, bu oyuna da ciddi itkilərlə çıxacağıq. Heyətdə problemlərimiz qalmaqdadır. Əsasən də hücum xəttində. Zədədən yeni qayıtmasına baxmayaraq, Uinston Parks "Muğan"la qarşılaşmada pis təsir bağışlamadı. Ümid edirəm ki, o, qarşıdakı matçda yaxşı oyun nümayiş etdirəcək. Zədəlilərdən Dieqo Souza və Emeka Opara tam sağalmayıblar. Hər iki futbolçu yenə oynamayacaq. Opara yenicə qaçmağa başlayıb. Dieqo isə yanvarda toplu çalışmalara start verəcək.
- "Bakı" "Xəzər Lənkəran"ı məğlub edəcəyini bildirib. Siz nə fikirdəsiniz?
- Əgər onlar qələbə qazanacaqlarını iddia edirlərsə, biz deməyəcəyik ki, məğlub olacağıq. Əlbəttə ki, komandamız da meydana yalnız qələbə üçün çıxacaq.
- Rəqib haqda lazımı məlumatlarınız var?
- Bilirik ki, paytaxt klubu üç oyundur ardıcıl qələbə qazanıb. Rəqibin zəif cəhətlərinə yaxşı bələdik.
- İki ildir ki, Lənkəran klubu Bakı komandasını üstələyə bilmir. Uğursuz seriyanı qıracağınıza söz verirsinizmi?
- Mən buraya iddialı olaraq gəlmişəm. İlk məqsəd çempion olmaq, sonra isə Azərbaycanı Avropada layiqincə təmsil etməkdir. Uğursuz seriyaya gəlincə, bu daim davam edə bilməz. Bunu mütləq qırmalıyıq. İnanıram ki, buna son qoyub qələbə sevinci yaşayacağıq.
- Liderin xal itirməsinə sevinirsinizmi?
- İstər "Neftçi", istərsə də digər komandaların xal itirməsi komandamızı maraqlandırmır. Bizi yalnız öz oyunumuz və necə qələbə qazanacağımız düşündürür. Bütün oyunlara ciddi yanaşıb qalib gəlsək, hər şey yaxşı olacaq.
- Azərbaycan və Rumıniya çempionatı arasında müqayisə aparsaq, hansını güclü hesab edirsiniz?
- Azərbaycan çempionatını zəif saymıram. Müqayisəyə gəlincə, Rumıniya çempionatı daha güclüdür. Ölkəmdəki yarışda ən azı 5 komanda arasında gərgin mübarizə gedir.
- "Xəzər Lənkəran"a gəlişinizdən sonra bəzi futbolçularla vidalaşmısınız. Qış fasiləsində siyahı arta bilərmi?
- İndi bu haqda nəsə demək yersizdir. Transfer pəncərəsi açılanda bundan danışarıq.
Mənbə: supersport.az
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi